“Real”dan çətin qələbə

İspaniya La Liqasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Sevilya” “Leqanes”i qəbul edib və gözlənilməz darmadağınla üzləşib.

Şənbə günü dörd görüş baş tutub. “Levante” “Rayo Valyekano”ya böyük hesabla qalib gəlib. Səfərdə “Alaves”lə qarşılaşan “Real Sosyedad” minimal hesabla üstün olub. “Espanyol”un qonağı olan Madrid “Atletiko” darmadağına üzülüb. Çempionluğunu təmin etmiş “Barselona” da “Selta” ilə səfər matçından məğlub ayrılıb.

“Real” isə bu turda “Vilyarreal”la qarşılaşıb. Madrid təmsilçisi beş qolun qeydə alındığı bu oyundan çətin qələbə ilə ayrılıb.

İspaniya La Liqası, 36-cı tur

3 may

Sevilya – Leqanes 0:3
Qol
: En-Nesiri, 8. Breytvayt, 20. Oskar, 82.

4 may

Levante – Rayo Valyekano 4:1
Qol
: Kampana, 14. Vezo, 43. Ceyson, 85. Bardi, 90 – A.Qarsiya, 71.

Espanyol – Atletiko 3:0
Qol
: Qodin, 45-öz qapısına. B.İqlesias, 52; 89-pen.

Alaves – Real Sosyedad 0:1
Qol
: M.Qarsiya, 24-öz qapısına.

Selta – Barselona 2:0
Qol
: M.Qomes, 67. Aspas, 88-pen.

5 may

Xetafe – Jirona 2:0
Qol
: Molina, 16. A.Rodriqes, 77.

Eybar – Betis 1:0
Qol
: X.Anxel, 45.

Real – Vilyarreal 3:2
Qol
: M.Dias, 2; 49. Valyexo, 40 – Moreno, 11. Kosta, 90.

Valyadolid – Atletik 1:0
Qol
: Rubio, 21.

Hueska – Valensiya 2:6
Qol
: Melero, 66. Qallar, 90-pen – Vass, 22. Moreno, 16; 51. Mina, 20; 33. Etçeyta, 40-öz qapısına.

Bombardir: Lionel Messi (Barselona) – 34 qol.