Çempionşipin bərpa tarixi açıqlandı

Koronavirus pandemiyası səbəbindən dayandırılmış İngiltərə Çempionşipinin bərpa tarixi müəyyənləşib.

Komanda.az xəbər verir ki, ölkənin nüfuzuna görə ikinci liqası iyunun 20-də bərpa olunacaq.

Bu barədə İngiltərə Futbol Liqasının (EFL) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, koronavirusla bağlı tam təhlükəsizlik şərait yaranacağı halda, Çempionşip iyunun 20-dən etibarən davam etdiriləcək. Bütün qarşılaşmaların azarkeşsiz keçiriləcəyi diqqətə çatdırılıb. Komandalara 5 oyunçu dəyişikliyi etməyə icazə veriləcək. Mövsümün isə iyulun 30-da başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında da mübarizə iyunun 17-dən etibarən bərpa olunacaq.