Çempionşipdə daha bir yoluxma

İngiltərə Çempionşipində futbolçular, məşqçilər və klub işçilərindən götürülmüş növbəti analizlərin nəticələri açıqlanıb.

Komanda.az İngiltərə Futbol Liqasının (EFL) rəsmi saytına istinadən xəbər verir ki, 24 klubun 2 855 üzvündən test götürülüb.

Onlardan birinin nəticəsi müsbət olub. Lakin həmin şəxsin kimliyi açıqlamayıb.

Qeyd edək ki, iyunun 24-də Çempionşipdə daha 3 yoluxma qeydə alınıb. Dünən isə İngiltərə Premyer Liqasında bir futbolçuda koronavirus aşkarlanıb.