“Çempionluq uğrunda sonadək mübarizə aparacağıq” – Bordin

“Neftçi”nin baş məşqçi Roberto Bordin Premyer Liqanın 24-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 2:2 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Bizim üçün gözlənilməz nəticə oldu. İlk hissədə çalışırdıq ki, oyuna nəzarət edək. Hesabı açdıqdan sonra daha bir qol vurmaq istəyirdik. Lakin rəqib hesabı bərabərləşdirdi. Buraxılan qoldan sonra komandamızda balans itti. Çalışdıq ki, bu balansı tez zamanda bərpa edək. Sonadək mübarizə apardıq və hesabı bərabərlişdirə bildik. Sonadək mübarizə aparmaq lazımdı.
  • Mirabdulla zədələndikdən sonra Sansoneni yox, Tural Axundovu meydana buraxdınız. Çempionluğa oynayan komanda niyə 1 top öndə olan kimi müdafiəyə çəkilir?
  • Abbasov azərbaycanlıdı. Onun yerinə əcnəbi futbolçu daxil etsəydim, limiti pozmuş olacaqdıq. Mirabdullanın ayağında qıcolma oldu. Eyni zamanda, onu da qeyd edim ki, rəqib hücum xəttindəki oyunçu sayını artırmışdı.
  • Belə çıxır ki, oyunda qırılma anı Mirabdullanın zədələnməsi oldu?
  • Əlbəttə, Abbasovun zədələnməsi planlarımızı pozdu. Bəli, həmin an qırılma nöqtəsi oldu. Məcburiyyətdən sxemi də dəyişməli oldum.
  • “Səbail”in vurduğu qolları çılğınlıqla qeyd etməsi ehtiyat oyunçular skamyanızda qıcıq doğurmurdu?
  • Buna fikir vermirdim. Bəlkə sizə elə gəlir ki, onlar təxribat yaratmaq istəyirdilər?
  • Müdafiənizin sol cinahı zəif təsir bağışlayırdı. Gələcək oyunlarda bu, sizə başağrısı olmayacaq?
  • Bu, sizin fikrinizdi. Mən razılaşmıram ki, Anton zəif idi. İlk yarıda oyunu idarə edirdik və Anton da yaxşı oyun göstərirdi. Son dəqiqəyədək qələbəyə oynayırdıq.
  • Emin Mahmudovun yoxluğu bu gün nə dərəcədə hiss olundu?
  • Emin komandamızın simvoludu. Deyərdim ki, öz mövqeyində ölkənin ən yaxşılarındandı.
  • “Qarabağ”dan 2 xal geridəsiniz. İkinci hissədəki bərbad futbolla “Neftçi”ni nə dərəcədə çempionluğa layiq sayırsınız?
  • İstər 1-ci, istərsə də 2-ci hissədə göstərdiyi oyunla titulu qazanmağa layiqdi. Razılaşmıram ki, komandam pis oynadı.
  • 54 yaşınız olsa da, baş məşqçi olaraq təcrübəniz azdı. İkinci yer tutsanız, bunu özünüz üçün uğur sayacaqsınız?
  • Uşaq yaşlarımdan futbolun içindəyəm. İllər boyu məşqçi olmuşam. Kifayət qədər də təcrübəm var. Biz 2-ci yer üçün oynamırıq. Əmin olun ki, sonadək çempionluq uğrunda mübarizə aparacağıq. (sport24)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button