“Mançester Siti”nin oyunlarını təhlil etmişik və sürpriz etməyə çalışacağıq”

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Zaqreb “Dinamo”su səfərdə “Mançester Siti” ilə qarşılaşacaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Nenad Byeliça, oyundan əvvəl fikirlərini bildirib. Byeliça, “Mançester Siti” ilə qarşılaşmada sürpriz etmək istədiklərini deyib:

“Komandada bütün heyət tamdır və zədəli oyunçumuz yoxdur. Oyunda taktika önəmlidir, ancaq daha vacib olan xarakter göstərməkdir. “Mançester Siti”nin oyunlarını təhlil etmişik və sürpriz etməyə çalışacağıq.

Yaxşı oyun göstərib, qələbə qazanmağa çalışacağıq. “Atalanta” ilə ilk oyunda özümüzü sübut etdik. İndi bütün oyunlara qələbə üçün çıxacağıq”.

Bu gün keçiriləcək “Mançester Siti” – “Dinamo” matçı saat 23:00-da start götürəcək. “Dinamo” ilk turda “Atalanta”nı 4:0, “Mançester Siti” isə “Şaxtyor”u 3:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button