Çempionlar Liqasında eşşək pankartı FOTO

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən “Lion” – “Leyptsiq” matçında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmanın sonunda yerli azarkeşlərdən biri “Lion”un müdafiəçisi Marseloya qarşı xoşagəlməz hərəkət edib. Belə ki, fransalı fanat üzərində eşşək şəkli olan və “Marselo, bu klubu tərk et” yazılan pankart açıb. Marselo azarkeşə cavab olaraq, ona tərəf gedərək, orta barmağını göstərib. Bunu görən “Lion”un kapitanı Memfis Depay da həmin azarkeşə doğru gedib. Komanda yoldaşlarının müdaxiləsindən sonra isə Depay və Marselo sakitləşdirilib.

“Lion” – “Leyptsiq” matçı 2:2 hesablı heç-heçə ilə bitib. Bu nəticədən sonra hər iki komanda ÇL-də pley-off mərhələsinə yüksəlib.