Şəkil çəkdirmək istəyən azarkeş Ronaldonu özündən çıxardı – video

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən “Bayer” – “Yuventus” matçından sonra maraqlı hadisə yaşanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisinin 2:0 hesabıyla qələbə qazandığı oyundan sonra meydana daxil olan bir azarkeş, Kriştiano Ronaldo ilə şəkil çəkdirmək istəyib. Ancaq fanatın onu qəfildən boynundan tutaraq özünə tərəf dartması portuqaliyalı hücumçunu əsəbiləşdirib. Bunu narazılıqla qarşılaşayan Ronaldo, azarkeşlə şəkil çəkdirməyib. Təhlükəsizlik işçilərinin müdaxiləsindən sonra azarkeş meydançadan uzaqlaşdırılıb.