Çempionlar Liqasının qalibi müəyyənləşdi

Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, həlledici görüşdə iki İngiltərə təmsilçisi – “Liverpul” ilə “Tottenhem” üz-üzə gəlib.

İspaniyanın “Vanda Metropolitano” stadionunda keçirilən qarşılaşmanı Damir Skomina idarə edib.

Qarşılaşmanın taleyini 2 qol həll edib. “Liverpul” matçın əvvəllində və sonunda vurduğu qollarla meydanı qalib tərk edib. Beləcə, sözügedən klub tarixində 6-cı dəfə qitənin ən nüfuzlu turnirinin baş mükafatına sahib çıxıb.

UEFA Çempionlar Liqası, final

1 iyun

Tottenhem (İngiltərə) – Liverpul (İngiltərə) 0:2
Qol:
Məhəmməd Salah, 2-pen. Divok Oriqi, 87.
Baş hakim: Damir Skomina (Sloveniya)
Madrid. “Vanda Metropolitano” stadionu.

Tottenhem: 1. Uqo Loris (k), 2. Kiran Tripye, 3. Deni Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 7. Son Hin Min, 8. Harri Uinks, 10. Harri Keyn, 17. Mussa Sissoko, 20. Dele Alli, 23. Kristian Eriksen.
Ehtiyat oyunçular: 13. Mişel Vorm, 22. Paulo Qassaniqa, 6. Davinson Sançes, 11. Erik Lamela, 12. Viktor Vanyama, 15. Erik Dayer, 16. Kayl Uolker, 18. Fernando Lorente, 21. Xuan Foyt, 24. Serj Orye, 27. Lukas Moura, 33. Ben Deyvis.
Baş məşqçi: Maurisio Poçettino.

Liverpul: 13. Alisson Bekker, 3. Fabinyo, 4. Vircil van Deyk, 5. Corcinyo Veynaldum, 9. Roberto Firmino, 10. Sadio Mane, 11. Məhəmməd Salah, 14. Cordan Henderson (k), 26. Endryu Robertson, 32. Joel Matip, 66. Trent Aleksandr-Arnold.
Ehtiyat oyunçular: 22.Simon Minolye, 62. Kyuvin Kelleher, 6. Deyan Lovren, 7. Ceyms Milner, 12. Co Qomes, 15. Daniel Starric, 18. Alberto Moreno, 20. Adam Lallana, 21. Aleks-Oksleyd Çemberleyn, 25. Cerdan Şakiri, 24. Rayan Bryuster, 27. Divok Origi.
Baş məşqçi: Yurgen Klopp.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button