“Xəstəyəm” dedi, ÇL matçını izləməyə getdi və… qovuldu!

Hollandiyanın “Telstar” klubu futbolçusu Jordi van der Laanın müqaviləsinə xitam verib.

Komanda.az xəbər verir ki, bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Van der Laanın müqaviləsinin ləğv edilməsinə səbəb, onun “xəstəyəm” bəhanəsi ilə məşqlərə qatılmaması olub.

25 yaşlı hücumçu, ötən həftə xəstə olduğunu bildirərək, məşqlərə qatılmayıb. Ancaq van der Laan, Çempionlar Liqasının yarımfinalının “Tottenhem”lə “Ayaks” arasındakı ilk oyunu izləmək üçün Londona gedib. Bundan xəbər tutan rəhbərlik, təzminat ödəmədən futbolçunun müqaviləsinə xitam verib.

Van der Laan məsələ ilə bağlı Hollandiya mətbuatına açıqlama verib:

“Klub rəhbərliyi məni televiziyada görüb, buna təəccüblənmədiklərini düşünürəm. Xəstə olduğumu, ancaq oyuna baxmağa da gedəcəyimi demişdim. Onsuz da “Telstar”da çox şans qazanmırdım. Növbəti qarşılaşmada da iştirak etməyəcəyimi bilirdim. Başqa fikirdə olsaydılar, oyuna baxmazdım heç”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button