“Bu, oyunda həlledici məqam olmayacaq” – Tuxel

Çempionlar Liqasının finalında “Bavariya” ilə qarşılaşacaq PSJ-nin baş məşqçisi Tomas Tuxel oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, “Bavariya”nın bir az üstünlüyünün olduğunu deyib:

“Bavariya” hazırda inanılmaz bir seriyaya sahibdir. Bu komandada gənc, enerjili və qələbəyə ac futbolçular var. Bizim də heyətimizdə Anxel Di Mariya, Neymar və Keylor Navas daha əvvəl bu turnirin qalibi olub. Razıyam ki, “Bavariya”nın bir az üstünlüyü var. Çünki onlar daha əvvəl bir neçə dəfə finalda iştirak ediblər. Ancaq bu, oyunda həlledici məqam olmayacaq”.

Bu gün keçiriləcək “Bavariya” – PSJ matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button