Çempionlar Liqasının final matçı sloveniyalılara tapşırıldı

Çempionlar Liqasının “Liverpul”la “Tottenhem” arasında keçiriləcək final oyununa təyinatlar məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Damir Skomina olacaq. Ona Yüre Praprotnik və Robert Vukan kömək edəcək. Dördüncü hakim funksiyasını Antonio Mateu Lahos yerinə yetirəcək. VAR hakimləri Danni Makkeli və Pol van Bukel olacaq.

“Liverpul” – “Tottenhem” matçı iyunun 1-də, Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.