“Qarabağ”ın rəqibi 2-ci Liqa təmsilçisi ilə bacarmadı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Kiprin APOEL klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Paolo Trametsaninin rəhbərlik etdiyi kollektiv “Ayia Napa” ilə üz-üzə gəlib. İkinci Liqa təmsilçisi ilə keçirilən görüş qollu bərabərə bitib – 2:2.

“Qarabağ” ilk oyunda səfərdə APOEL-i 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı avqustun 13-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button