“Qarabağ”ın rəqibi baş məşqçisi ilə yollarını ayırdı – Rəsmi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL klubunun baş məşqçisi Paulo Trametsani vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, 49 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə APOEL-in rəsmi saytı məlumat yayıb.

Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı.

“Qarabağ” ilk oyunda səfərdə APOEL-i 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab oyunu avqustun 13-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button