“Futbolçularıma “Qarabağ” haqda düşünməyi qadağan etmişəm” – “Sileks”in baş məşqçisi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sileks”in baş məşqçisi Qoran Simov açıqlama verib.

Komanda.az “sportmedia.mk” saytına istinadən xəbər verir ki, Simov, bütün fikirlərinin ölkə çempionatındakı “Pelister”lə matçda olduğunu deyib:

“Nə “Qarabağ”? İndi bütün düşüncələrimiz “Pelister”lə oyundadır. Kratovoda oynayırıq və təbii ki, ilk turdakı 6:0-lıq qələbədən sonra yeni bir zəfər qazanmaq istəyirik. Buna görə də, futbolçularıma “Qarabağ” haqda düşünməyi qadağan etmişəm.

“Pelister” yaxşı komanda olduğunu göstərdi. İlk turda “Akademiya Pandev”i məğlub etməyi bacardılar. “Pelister”lə oyunda 3 xal qazanmaq istəyiriksə, yaxşı oynamalıyıq”.

“Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.