Kroos: “Hər görüş bir finaldır”

Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” ilə qarşılaşacaq “Real”ın futbolçusu Toni Kroos açıqlama verib.

Komanda.az xəbər verir ki, “Football İtalia”ya danışan alman yarımmüdafiəçi, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:

“Bir neçə futbolçumuzun olmamasına baxmayaraq, hər kəs əlindən gələni etməlidir. Hər zaman oyuna nəzarət etməyə və topu saxlamağa çalışırıq. Budəfəki rəqibimiz fərqlidir. Çətin olacağını bilirik, hər görüş bir finaldır.

“Atalanta” öz oyununu bilir. Müdafiədə diqqətli olmalıyıq və hücuma çıxanda da bunu ən yaxşı şəkildə etməliyik”.

“Atalanta” – “Real” matçı bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button