RƏSMİ: “Bavariya” – “Çelsi” matçı da azarkeşsiz keçiriləcək

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bavariya” – “Çelsi” matçı azarkeşsiz oynanılacaq.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Görüşün azarkeşsiz keçirilməsinə səbəb, koronavirus epidemiyasının yayılmasının qarşısını almaqdır.

“Bavariya” “Çelsi” ilə oyuna satılmış biletlərin pullarını azarkeşlərə geri qaytaracaq.

Martın 18-də keçiriləcək “Bavariya” – “Çelsi” matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda almanlar 3:0 hesabıyla qalib gəlib.

ÇL-in 1/8 finalının PSJ – “Borussiya” (Dortmund) və “Barselona” – “Napoli” matçı da azarkeşsiz oynanılacaq.