Çempionlar Liqasından imtina etdilər – koronavirusa görə

Çinin “Şanxay Port” klubu Asiya Çempionlar Liqasında iştirakdan imtina edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq edilən karantin şərtləridir.

Asiya Futbol Konfederasiyası “Şanxay Port”un səyahət məhdudiyyəti səbəbindən Tailandda keçiriləcək J qrupunun oyunlarına qatıla bilməyəcəyini açıqlayıb.

“Şanxay Port” ÇL-də iştirakdan imtina edən ikinci Çin klubu olub. Buna qədər “Çanqçun Yatay” eyni səbəbdən ötən ay turnirdə iştirak etməyəcəyini bəyan etmişdi.

Çində koronavirusa yoluxma hallarının artması səbəbindən yenidən karantin rejimi elan edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button