Lempard: “Bu, bizim oyun planımıza heç bir təsir etmir”

Çempionlar Liqasında “Valensiya” ilə qarşılaşacaq “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Lempard, baş məşqçi kimi Çempionlar Liqasında debüt edəcəyi üçün qürurlu olduğunu deyib:

“Çempionlar Liqasında “Çelsi”nin baş məşqçisi kimi debüt edəcəyim üçün qürurluyam. ÇL-də möhtəşəm oyunlar keçirmişəm, üzüldüyüm anlar da olub.

“Valensiya”da nələr baş verdiyini bilmirəm. Bu, bizim oyun planımıza heç bir təsir etmir. Çünki diqqət etməli olduğumuz rəqiblə qarşılaşacağıq. “Barselona” ilə oyunlarını izlədim. Ancaq rəqib “Barselona” olanda komanda fərqli çıxış edir. Qrupdan çıxmaq istəyirik. Çətin olduğunu bilirəm, amma oyunçularıma inanıram”.

Bu gün keçiriləcək “Çelsi” – “Valensiya” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button