Çempionlar Liqasında turun ən yaxşısı müəyyənləşdi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Ayaks”ın futbolçusu Duşan Tadiçdir.

“Ayaks”ın “Midtyulland”ı 3:1 hesabı ilə məğlub etdiyi oyunda Tadiç iki məhsuldar ötürmə ilə yadda qalıb.