Çempionlar Liqasında turun ən yaxşısı bilindi

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Çelsi”nin futbolçusu Olivye Jirudur.

Jiru “Çelsi”nin “Sevilya”nı 4:0 hesabı ilə məğlub etdiyi oyunda 4 qolla yadda qalıb.