Çempionlar Liqasında ötən mövsümün ən sürətli futbolçusu

Çempionlar Liqasında ötən mövsümün ən sürətli futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, PSJ-nin hücumçusu Kilian Mbappedir. Bu barədə “İndependent” nəşrinin jurnalisti Migel Dileyni özünün “tvitter” hesabında paylaşım edib. Kilian Mbappenin ötən mövsüm PSJ-nin “Bavariya” ilə matçında maksimal sürəti 33,98 km/saat olub.

Ötən mövsümün ən sürətli 2-ci futbolçusu 33,82 km/s ilə “Leyptsiq”dən Lukas Klostermann, 3-cü isə 33,71 km/s ilə “Atalanta”dan Hans Hatebur olub.

Mbappe ötən mövsüm Çempionlar Liqasında 6 oyunda 6 qol vurub. Turnirin qalibi isə Almaniyanın “Bavariya” klubu olub.