Çempionlar Liqasında mövsümün qolu – VİDEO

Futbol üzrə UEFA Çempionlar Liqasında 2018/19 mövsümünün ən yaxşı qolu müəyyənləşib.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messinin yarımfinal mərhələsinin ilk oyununda İngiltərə “Liverpul”una cərimə zərbəsindən vurduğu qol mövsümün ən yaxşısı seçilib.

Həmin qarşılaşma Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşsa da, mersisaydlılar cavab oyununda rəqib qapısından 4 cavabsız top keçirərək finala yüksəlib. “Liverpul” finalda İngiltərənin digər təmsilçisi “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

Maraqlıdı ki, bir neçə gün öncə UEFA-nın ÇL üçün təyin olunmuş mütəxəssislərdən ibarət xüsusi komissiyası “Yuventus”un hücumçusu Kristiano Ronaldonun qrup mərhələsinin 4-cü turunda sabiq komandası “Mançester Yunayted”ə vurduğu qolu mövsümün ən yaxşısı seçmişdi. Messinin azarkeşlər tərəfindən ən yaxşı seçilən qolu isə həmin siyahıda ikinci olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button