Vernerin təəssüfü

“Leyptsiq”ın “Çelsi”yə transfer edilən futbolçusu Timo Verner açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu, “zadəganlar”a transferi və Çempionlar Liqasında “Leyptsiq”ə kömək etməyəcəyi barədə danışıb:

“Təbii ki, Çempionlar Liqasında “Leyptsiq”ə kömək edə bilməmək məni təəəssüfləndirir. Amma iyulun 1-dən etibarən “Çelsi”nin futbolçusu olacam və məvacibimi onlar ödəyəcək. Çempionlar Liqası ilə bağlı məsələdən uzaq durmağa çalışdım, çünki bir tərəfi seçməli idim. Buna görə də, menecerim klublarla razılaşdı. Hər zaman “Leyptsiq”ə bağlı olacam və onları izləyəcəm”.