Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı adına “Liverpul”dan Roberto Firmino layiq görülüb. Braziliyalı hücumçu komandasının “Portu”nu 2:0 hesabıyla məğlub etdiyi oyunda bir qol vurub.

Firmino, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində qalib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button