Çempionlar Liqasında həftənin rəmzi komandası

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, siyahıda “Leyptsiq”lə ev oyununda 3:4 hesabıyla məğlub olan Türkiyənin “Başakşəhər” klubunun hücumçusu İrfan Can Kahvecinin də adı yer alıb:

Qapıçı: Anatolii Trubin (Şaxtyor, Donetsk);

Müdafiəçilər: Aleksander Şolts (Midtyulland), Kristian Romero (Atalanta), Rafael Gerreyro (Borussiya, Dortmund);

Yarımmüdafiəçilər: Federiko Kyeza (Yuventus), Çarles De Ketelaere (Brügge), Noa Lanq (Brügge), İrfan Can Kahveci (Başakşəhər), Dimitri Payet (Olimpik, Marsel);

Hücumçular: Neymar (PSJ), Olivye Jiru (Çelsi).