Çempionlar Liqasında həftənin rəmzi komandası FOTO

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə doğma azarkeşləri qarşısında “Valensiya”nı məğlub edən (4:1) “Atalanta”dan 4 futbolçu yer alıb.

Qapıçı: Peter Qulaçi (“Leyptsiq”);

Müdafiəçilər: Renan Lodi, Felipe (“Atletiko”), Konrad Laymer (“Leyptsiq”), Hans Hatebur (“Atalanta”);

Yarımmüdafiəçilər: Denis Çerışev (“Valensiya”), Saul Niqes (“Atletiko”), Remo Froyler, Mario Pasaliç, Yosip İliçiç (“Atalanta”);

Hücumçular: Erlinq Haland (“Borussiya”).