Çempionlar Liqasında həftənin RƏMZİ komandası

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.

Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəmzi heyətdə İngiltərənin “Çelsi” klubundan 4 futbolçu yer alıb:

Qapıçı: Eduard Mendi (“Çelsi”);

Müdafiəçilər: Sesar Aspilikueta, Ben Çiluell (hər ikisi “Çelsi”), Markinyos (PSJ);

Yarımmüdafiəçilər: Kevin de Bruyne, Fil Foden (hər ikisi “Mançester Siti”), Vinisius Junior, Marko Asensio (hər ikisi “Real”), Meyson Maunt (“Çelsi”);

Hücumçular: Neymar, Kilian Mbappe (PSJ).