“Çempionlar Liqasında çıxış etdiyimiz üçün xoşbəxtik” – “Lex”in kapitanı

“Çempionlar Liqasında çıxış etdiyimiz üçün xoşbəxtik. Hər bir komanda belə turnirdə oynamaq istəyər”.

Komanda.az xəbər verir ki, bunu “Lex”in kapitanı Mikael İshak Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı hücumçu yeni mövsümün startında sıx qrafiklə oyunlara çıxacaqlarını xatırladıb:

“Qarabağ”la Çempionlar Liqası oyunları arasında Polşa superkuboku matçına da çıxacağıq. Demək olar ki, üç gündən bir çıxış edəcəyik. Bu da çox çətindir. Buna baxmayaraq, bütün oyunlara qələbə qazanmaq, müsbət nəticə əldə etmək üçün çıxacağıq. Həm Çempionlar Liqası, həm də supekubok oyunları asan deyil. Amma bunun öhdəsindən gələcəyimizə inanıram”.

Sabah Poznanda keçiriləcək “Lex” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button