“Çempionlar Liqasında bir favorit varsa, bu, “Barselona”dır” – Poçettino

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqası haqqında açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu mövsüm Çempionlar Liqasında “Barselona”nın favorit olduğunu deyib:

“Barselona” mükəmməl futbolçulara və dünyanın ən yaxşısı olan Lionel Messiyə sahibdir. Çempionlar Liqasında bir favorit varsa, bu, “Barselona”dır. Bütün komandalardan bir addım irəlidədirlər.

Lionel Messi bənzərsiz və qeyri-adidir. Heç kimin gözləmədiyi şeyləri edir. Amma daha təəccüblüsü onun bu qədər sabit çıxış etməsidir. Son 12 ildə hər oyunda inanılmaz işlər görür”.

Argentinalı mütəxəssis Çempionlar Liqasının finalında qarşılaşmaq istədiyi komandanı da açıqlayıb:

“Finalda “Barselona” ilə qarşılaşmaq istəyərəm. Onlarla rəqib olmaqdan zövq alıram”.

“Tottenhem” Çempionlar Liqasının 1/4  final mərhələsində “Mançester Siti”nin rəqibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button