“Hər şey fərqli olmalı idi” – Konte

Çempionlar Liqasında “Barselona”ya məğlub olaraq turnirlə vidalaşan “İnter”in baş məşqçisi Antonio Konte fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Qazanmaq şansımız oldu, ancaq imkanlarımızdan yararlana bilmədik. Heç bir şikayətim yoxdur, futbolçularım bütün güclərini ortaya qoydular. Sadəcə bir qol çatmadı.

Ansu Fatinin qolu bizi çox məyus etdi. Bu, bütün komandamızı öldürdü. Stadiona gələn və möhtəşəm atmosfer yaradan azarkeşlər üçün də məyusam. Hər şey fərqli olmalı idi.

Bu qrupda daha artığına layiq idik. Ancaq bu, bizim üçün bir təcrübədir. Qrupdan çıxmaq istəyirdik, amma indi hamı məyusdur”.