Çempionlar Liqası: “Mançester Siti” – “Real” matçının hakimləri açıqlandı

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Mançester Siti” – “Real” və “Yuventus” – “Lion” matçlarına hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

İngiltərədə keçiriləcək “Mançester Siti” ilə “Real” arasındakı matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Feliks Brix olacaq. Ona Mark Borş və Ştefan Lupp kömək edəcək. Dördüncü hakim funksiyasını isə Daniel Eybert yerinə yetirəcək.

İtaliyada keçiriləcək “Yuventus” – “Lion” matçı da almanlara tapşırılıb. Qarşılaşmanın baş hakimi Feliks Zvayer olacaq. Ona Torsten Şiffner və Marko Axmyuller kömək edəcək. Dördüncü hakim funksiyasını isə yunan Tasos Sidiropulos yerinə yetirəcək.

Hər iki görüş avqustun 7-də keçiriləcək.  “Mançester Siti” ilk oyunda “Real”ı (2:1), “Lion” isə “Yuventus”u (1:0) məğlub edib.