Azərbaycan klublarının avrokuboklarda ilk oyunlarının vaxtı açıqlandı

UEFA Çempionlar Liqası və Avropa Liqasının 2019/2020 mövsümünün təqvimini açıqlayıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Cari mövsümün çempionu “Qarabağ”, Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. “Köhlən atlar” ilk oyunlarını iyulun 9-10-u, cavab matçlarını 16-17-də keçirəcək.

Avropa Liqasında iştirak edəcək “Neftçi” və “Səbail” mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab görüşləri isə iyulun 18-də keçiriləcək.

Azərbaycan kubokunun qalibi olacaq komanda isə Avropa Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin ilk oyunları iyulun 25-də, cavab qarşılaşmaları isə avqustun 1-də keçiriləcək. Azərbaycan kubokunun finalında “Qəbələ” “Sumqayıt”la qarşılaşacaq. Oyun mayın 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button