“Barselona” və “Bavariya” da 1/4 finalda!

Koronavirus pandemiyasına görə martdan dayandırılan Çempionlar Liqası bərpa olunub.

Komanda.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində ilk gündə iki qarşılaşma keçirilib.

İlk matçda səfərdə “Lion”a minimal hesabla məğlub olan “Yuventus”, bu dəfə rəqibini Turində qəbul edib. Üç qolun qeydə alındığı matç turinlilərin qələbəsiylə yekunlaşıb. Amma ümumi hesab bərabər olduğundan, Fransa təmsilçisi səfər qolu sayəsində mərhələ adlayan tərəf olub

Günün digər matçı isə İngiltərədə keçirilib. “Mançester Siti” doğma meydanda Madrid “Real”ını qəbul edib. Komandalar arasında İspaniyada baş tutan görüşdə “şəhərlilər” 2:1 hesablı qələbə qazanmışdı. Elə bu oyunda da britaniyalılar eyni hesabla üstün olublar və növbəti mərhələyə yüksəliblər.

Çempionlar Liqasının 1/8 final mərhələsinin digər oyunları bu gün keçirilib. “Barselona” İspaniyada “Napoli”ni qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınmışdı. Bu oyunda isə Kataloniya təmsilçisi inamlı qələbə qazanmaqla 1/4 finala yüksəlib.

Günün digər oyununda “Bavariya” ilə “Çelsi” qarşılaşıb. Londonda keçirilən ilk matçda Münhen klubu 3:0 hesablı qələbə qazanmışdı. Bu dəfə də darmadağına sevinən “Bavariya” sürprizə imkan verməyib.

Daha əvvəl “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya), “Atalanta” (İtaliya) və PSJ (Fransa) klubları 1/4 final mərhələsinə yüksəlmişdi.

Çempionlar Liqası, 1/8 final mərhələsi, cavab oyunları

7 avqust

Yuventus (İtaliya) – Lion (Fransa) 2:1
Qol
: Ronaldo, 43-pen; 60 – Depay, 12-pen.
İlk oyun – 0:1

Mançester Siti (İngiltərə) – Real (İspaniya) 2:1
Qol
: Sterlinq, 9. Q.Xesus, 68 – Benzema, 28.
İlk oyun – 2:1

8 avqust

Barselona (İspaniya) – Napoli (İtaliya) 3:1
Qol
: Lanqle, 10. Messi, 23. Suares, 45+1-pen – İnsinye, 45+5-pen.
İlk oyun – 1:1

Bavariya (Almaniya) – Çelsi (İngiltərə) 4:1
Qol
: Levandovski, 10; 84. Perişiç, 24. Tolisso, 76 – Abraham, 44.
İlk oyun – 3:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button