“Başakşəhər”dən MY üzərində qələbə, “Çelsi” və “Yuventus”dan darmadağın

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarının oyunları keçirilib.

A qrupu çərçivəsində Madrid “Atletiko”su səfərdə “Lokomotiv”lə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib. Qrupun lideri “Bavariya” isə Avstriyada “Zalsburq”un qonağı olub və rəqibini darmadağın edib.

B qrupu çərçivəsində ilk iki turda qələbəyə həsrət olan “Real” doğma meydanda “İnter”i qəbul edib. Beş qolun qeydə alındığı matçda Madrid təmsilçisi qalib gəlib. Münhenqladbax “Borussiya”sı isə “Şaxtyor”la səfər oyununda darmadağına sevinib.

D qrupunda lider “Liverpul” çətin “Atalanta” səfərinə yollanıb və rəqibini 5 cavabsız qolla üstələyib. Danimarkanın “Midtyulland” klubu isə “Ayaks”la ev oyunundan məğlub ayrılıb.

3-cü turun digər görüşləri bu gün keçirilib. H qrupunda Türkiyənin “Başakşəhər” klubu “Mançester Yunayted”i qəbul edib və qələbə qazanıb. Qrupun digər oyununda PSJ “Leyptsiq”in qonağı olub və məğlubiyyətlə üzləşib. G qrupunun oyununda “Barselona” Ukraynanın “Dinamo” klubunu məğlub edib. “Yuventus” isə “Ferentsvaroş” səfərində darmadağına sevinib.

Çempionlar Liqası, qrup mərhələsi, 3-cü tur

3 noyabr

A qrupu

Lokomotiv (Moskva, Rusiya) – Atletiko (İspaniya) 1:1
Qol
: Mirançuk, 25-pen – Ximenes, 18.

Zalsburq (Avstriya) – Bavariya (Almaniya) 2:6
Qol
: Berişa, 4. Okuqava, 66 – Levandovski, 21-pen; 88. Kristensen, 44-öz qapısına. Boatenq, 79. Sane, 83. L.Hernandes, 90+2.

B qrupu

Şaxtyor (Donetsk, Ukrayna) – Borussiya (Münhenqladbax, Almaniya) 0:6
Qol
: Plea, 8; 26; 78. Bondar, 17-öz qapısına. Bensebaini, 44. Ştindl, 65.

Real (İspaniya) – İnter (İtaliya) 3:2
Qol
: Benzema, 25. S.Ramos, 33. Rodriqo, 80 – Martines, 35. Perişiç, 68.

C qrupu

Mançester Siti (İngiltərə) – Olimpiakos (Yunanıstan) 3:0
Qol
: F.Torres, 12. Q.Jezus, 81. Kanselo, 90.

Portu (Portuqaliya) – Marsel (Fransa) 3:0
Qol
: Mareqa, 4. S.Oliveyra, 28-pen. L.Dias, 69.

D qrupu

Atalanta (İtaliya) – Liverpul (İngiltərə) 0:5
Qol
: Jota, 16; 33; 54. Salah, 47. Mane, 49.

Midtyulland (Danimarka) – Ayaks (Niderland) 1:2
Qol
: Dreyer, 18 – Entoni, 1. Tadiç, 13.

4 noyabr

F qrupu

Zenit (Rusiya) – Latsio (İtaliya) 1:1
Qol
: Eroxin, 32 – Kaysedo, 82.

Brügge (Belçika) – Borussiya (Dortmund, Almaniya) 0:3
Qol
: Hazard, 14. Haland, 18; 32.

H qrupu

Başakşəhər (Türkiyə) – Mançester Yunayted (İngiltərə) 2:1
Qol
: D.Ba, 13. Vişça, 40 – Marsyal, 43.

Leyptsiq (Almaniya) – PSJ (Fransa) 2:1
Qol
: Nkunku, 42. Forsberq, 56-pen. – Di Maria, 6.

E qrupu

Sevilya (İspaniya) – Krasnodar (Rusiya) 3:2
Qol
: Rakitiç, 42. En Nesiri, 69; 72 – Süleymanov, 17. Berq, 21-pen.

Çelsi (İngiltərə) – Renn (Fransa) 3:0
Qol
: Verner, 10-pen; 41-pen. Abraham, 50.

G qrupu

Barselona (İspaniya) – Dinamo (Kiyev, Ukrayna) 2:1
Qol
: Messi, 5-pen. Pike, 65 – Tsiqankov, 75.

Ferentsvaroş (Macarıstan) – Yuventus (İtaliya) 1:4
Qol
: Boli, 90 – Morata, 7; 60. Dibala, 73. Dvali, 81-öz qapısına.

Bombardir: Dioqo Jota (Liverpul), Alavaro Morata (Yuventus), Erlinq Haland (Borussiya D), Markus Reşford (Mançester Yunayted) – 4 qol.