Çempionlar Liqası: BATE də mübarizəni dayandırdı

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub. “Bazel” PSV-ni, “Olimpiakos” isə “Viktoriya”nı qəbul edib. İlk oyundan qalib ayrılan PSV səfərdə gözlənilməz məğlubiyyətlə üzləşib və ÇL-dən kənarda qalıb. “Olimpiakos” isə doğma meydanda darmadağına imza atmaqla, sürprizə imkan verməyib.

Bu gün daha 5 oyun keçirilib. Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” İrlandiyanın “Dandalk” klubunu qəbul edib. Komandalar arasındakı ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdısa, Ağdam klubu bu dəfə darmadağına sevinib. “Qarabağ” 3-cü təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq.

Belarus BATE-si “Rusenborq”un qonağı olub və məğlub olaraq mübarizəni dayandırıb. Serbiyanın “Srvena Zvezda” klubu isə səfərdə Finlandiya HİK-i ilə qarşılaşmada məğlub olsa da, mərhələ adlayan tərəf olub.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

30 iyul

APOEL (Kipr) – Sutyeska (Monteneqro) 3:0
Qol
: Pavloviç, 13; 25; 66.
İlk oyun – 1:0

Nomme Kalyu (Estoniya) – Seltik (Şotlandiya) 0:2
Qol
: Kulinits, 10-öz qapısına. Şved, 90+3.
İlk oyun – 0:5

Makkabi (Təl-Əviv, İsrail) – ÇFR (Rumıniya) 2:2
Qol
: Blakman, 15. Kohen, 48 – Kulio, 19. Rondon, 42.
İlk oyun – 0:1

Bazel (İsveçrə) – PSV (Hollandiya) 2:1
Qol
: E.Comert, 8. Van Volfsvinkel, 68 – Bruma, 23.
İlk oyun – 2:3

Dinamo (Zaqreb, Xorvatiya) – Saburtalo (Gürcüstan) 3:0
Qol
: Orsiç, 77. Petkoviç, 88. Olmo, 90+4.
İlk oyun – 2:0

Valletta (Malta) – Ferentsvaroş (Macarıstan) 1:1
Qol
: Fontanella, 27-pen – Nquen, 60.
İlk oyun – 1:3

Olimpiakos (Yunanıstan) – Viktoriya (Çexiya) 4:0
Qol
: Gilyerme, 51. Gerrero, 70. Reznik, 73-öz qapısına. Semedo, 82.
İlk oyun – 0:0

31 iyul

HİK (Finlandiya) – Srvena Zvezda (Serbiya) 2:1
Qol
: Dalstrom, 46. Riski, 90+2 – Yovançiç, 56.
İlk oyun – 0:2

AİK (İsveç) – Maribor (Sloveniya) 3:2
Qol
: Karlsson, 4. Larsson, 61. T.Elyunussi, 93 – Kotnik, 48. Kretu, 117.
İlk oyun – 1:2

Qarabağ (Azərbaycan) – Dandalk (İrlandiya) 3:0
Qol
: X.Romero, 12; 87. A.Silva, 76.
İlk oyun – 1:1

Rusenborq (Norveç) – BATE (Belarus) 2:0
Qol
: Helland, 73. Soderlund, 85.
İlk oyun – 1:2

Kopenhagen (Danimarka) – TNS (Uels) 1:0
Qol
: Zeka, 52.
İlk oyun – 2:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button