“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi Kiprin APOEL klubunu qəbul edəcək. Ağdam klubuna bir həftə öncə səfərdə 2:1 hesabıyla qalib gəldiyi Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaq üçün hətta heç-heçə də bəs edirdi. Amma təəssüf ki, Azərbaycan çempionu doğma meydanda heç kimin gözləmədiyi halda 2 cavabsız qolla uduzmaqla ÇL-də mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

“Qarabağ” APOEL səddini keçsə, ÇL-in pley-off mərhələsində “Ayaks” – PAOK cütünün qalibi ilə qarşılaşacaqdı. Bu komandalar arasında Yunanıstanda baş tutan görüş qollu bərabərə bitib – 2:2.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu

13 avqust

Qarabağ – APOEL 0:2
Qol: De Vinsenti, 34-pen. Uroş Matiç, 68.
Qırmızı vərəqə: Riçard Almeyda, 90+4.
Baş hakim:
Daniel Sibert (Almaniya)
İlk oyun – 2:1

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqiru, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal.
Baş məşqçi: Tomas Doll.