PSJ “Real”ı darmadağın etdi, MS və “Bavariya” qalib gəldi

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

Günün əsas diqqətçəkən qarşılaşmalarından biri “Napoli” ilə “Liverpul” arasında keçirilib. ÇL-in sonuncu qalibi Neapoldan məğlubiyyətlə qayıdıb.

Dortmund “Borussiya”sı ilə “Barselona” arasındakı oyuna da böyük maraq vardı. Amma günün yeganə qolsuz bitən qarşılaşmasında tərəflər hərəyə 1 xalla kifayətləniblər.

“Çelsi” isə öz meydanında “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirib. London klubu minimal hesabla məğlub olub.

“İnter” də doğma meydanda “Slaviya”ya məğlubiyyətdən son anda qurtulub.

Qrup mərhələsinin ilk oyunlarına bu gün yekun vurulub. Günün maraqla gözlənilən qarşılaşmasında “Real” səfərdə PSJ ilə üz-üzə gəlib. Parislilər bu görüşdə 3 cavabsız qola seviniblər. Qrupun digər matçında Türkiyə təmsilçisi “Qalatasaray” Belçika “Brügge”sinin qonağı olub və qolsuz heç-heçəyə imza atıb.

“Atletiko” “Yuventus”la, “Bayer” isə “Lokomotiv”lə qarşılaşıb. Madriddə heç-heçə qeydə alınıbsa, Moskva klubu səfərdə qələbəyə sevinib.

Çempionlar Liqası, qrup mərhələsi, 1-ci tur

17 sentyabr

F qrupu

İnter (İtaliya) – Slaviya (Çexiya) 1:1
Qol: Barelya, 90+2 – Olayinka, 64.
Baş hakim:
Ruddi Buke (Fransa)

Borussiya (Dortmund, Almaniya) – Barselona (İspaniya) 0:0
Matçın 57-ci dəqiqəsində “Borussiya”nın futbolçusu Marko Roys penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim:
Ovidiu Alin Hateqan (Rumıniya)

G qrupu

Lion (Fransa) – Zenit (Rusiya) 1:1
Qol: Depay, 50-pen – S.Azmun, 41.
Baş hakim:
Maykl Oliver (İngiltərə)

Benfika (Portuqaliya) – Leyptsiq (Almaniya) 1:2
Qol: Seferoviç, 84 – Verner, 69; 79.
Baş hakim:
Anastasios Sidiropulos (Yunanıstan)

E qrupu

Zalsburq (Avstriya) – Genk (Belçika) 6:2
Qol: Haland, 2; 34; 45. Çan, 36. Soboslai, 45+2. Ulmer, 62 – Lukumi, 40. Samata, 52
Baş hakim:
Feliks Zvayer (Almaniya)

Napoli (İtaliya) – Liverpul (İngiltərə) 2:0
Qol: Mertens, 82. Lyorente, 90+2.
Baş hakim:
Feliks Brix (Almaniya)

H qrupu

Ayaks (Hollandiya) – Lill (Fransa) 3:0
Qol: Promes, 18. Alvares, 50. Talyafiko, 62.
Baş hakim:
Srdan Yovanoviç (Serbiya)

Çelsi (İngiltərə) – Valensiya (İspaniya) 0:1
Qol: Rodriqo, 74.
Baş hakim:
Cüneyt Çakır (Türkiyə)

18 sentyabr

A qrupu

Brügge (Belçika) – Qalatasaray (Türkiyə) 0:0
Baş hakim:
Slavko Vinçiç (Sloveniya)

PSJ (Fransa) – Real (İspaniya) 3:0
Qol: Di Mariya, 14; 33. Munye, 90+1.
Baş hakim:
Entoni Teylor (İngiltərə)

B qrupu

Olimpiakos (Yunanıstan) – Tottenhem (İngiltərə) 2:2
Qol: Podense, 44. Valbuena, 54-pen – H.Keyn, 26-pen. Lukas, 30.
Baş hakim:
Canluka Rokki (İtaliya)

Bavariya (Almaniya) – Srvena Zvezda (Serbiya) 3:0
Qol: Koman, 34. Levandovski, 80. Müller, 90+1.
Baş hakim:
Robert Madden (Şotlandiya)

C qrupu

Şaxtyor (Donetsk, Ukrayna) – Mançester Siti (İngiltərə) 0:3
Qol: Mahrez, 24. İ.Gündoğan, 38. Qabriel, 76.
Baş hakim:
Artur Manuel Ribeiro Soares Dias (Portuqaliya)

Dinamo (Zaqreb, Xorvatiya) – Atalanta (İtaliya) 4:0
Qol: Leovaç, 10. Orşiç, 31; 42; 68.
Baş hakim:
Xesus Gil Manzano (İspaniya)

D qrupu

Atletiko (İspaniya) – Yuventus (İtaliya) 2:2
Qol: Saviç, 70. Herrera, 90 – Kuadrado, 48. Matuidi, 65.
Baş hakim:
Danni Makkelie (Hollandiya)

Bayer (Leverkuzen, Almaniya) – Lokomotiv (Moskva, Rusiya) 1:2
Qol: Hövedes, 25-öz qapısına – Krixovyak, 16. Barinov, 37.
Baş hakim: Pavel Raskovski (Polşa)

Bombardir: Mislav Orşiç (Dinamo Z), Erlinq Haland (Zalsburq) – 3 qol

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button