Çempionlar Liqası finalının topu – FOTO

UEFA Çempionlar Liqasının finalında oynanılacaq topu təqdim edib.

Komanda.az xəbər verir ki, topun fotosu qurumun “tvitter” səhifəsində paylaşılıb. Üzərində rus və ingilis dillərində “sülh” sözü yazılıb.

Mayın 28-də Parisdə “Stade de Frans”da keçiriləcək “Real” və “Liverpul” arasında final görüşü saat 23:00-da başlayacaq.