“Başakşəhər” “Olimpiakos”a, “Krasnodar” “Portu”ya uduzdu – ÇL

Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib. Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Kiprin APOEL klubu ilə qarşılaşıb və meydanı qələbə ilə tərk edib.

Çempionlar Liqasının son yarımfinalçısı olan “Ayaks” səfərdə Yunanıstan PAOK-u ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib. “Qarabağ” APOEL səddini keçsə, pley-off mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq.

Bu gün daha 5 oyun keçirilib. Türkiyənin turnirdəki təmsilçilərindən olan “Başakşəhər” doğma azarkeşləri önündə Yunanıstan “Olimpiakos”unu qəbul edib və məğlubiyyətlə üzləşib. Rusiyanın “Krasnodar” klubu isə “Portu” ilə üz-üzə gəlib və minimal hesabla uduzub.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar

6 avqust

APOEL (Kipr) – Qarabağ (Azərbaycan) 1:2
Qol
: Merkis, 90+5 – Emreli, 54. Qeye, 69.

PAOK (Yunanıstan) – Ayaks (Hollandiya) 2:2
Qol
: Akpom, 32. Matoş, 39 – Ziyex, 10. Huntelaar, 57.

Dinamo (Zaqreb, Xorvatiya) – Ferentsvaroş (Macarıstan) 1:1
Qol
: Olmo, 7 – Siqer, 60.

Brügge (Belçika) – Dinamo (Kiyev, Ukrayna) 1:0
Qol
: Vanaken, 37-pen.

Srvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka) 1:1
Qol
: Pavkov, 44 – Vind, 84-pen.

7 avqust

Krasnodar (Rusiya) – Portu (Portuqaliya) 0:1
Qol
: Oliveyra, 89.

Başakşəhər (Türkiyə) – Olimpiakos (Yunanıstan) 0:1
Qol
: Masuras, 53.

Bazel (İsveçrə) – LASK (Avstriya) 1:2
Qol
: Zuffi, 87 – Trauner, 50. Klauss, 82.

ÇFR (Rumıniya) – Seltik (Şotlandiya) 1:1
Qol
: Rondon, 28 – Forrest, 37.

Maribor (Sloveniya) – Rusenborq (Norveç) 1:3
Qol
: Tavares, 70 – Soderlund, 50; 64. Yensen, 71.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button