Çempionlar Liqası: Daha 11 komanda növbəti mərhələdə!

Bu gün UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsinə yekun vurulmalı idi.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib. Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” da bu gün ilk matçına çıxıb. Ağdam təmsilçisi Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb və darmadağına sevinib.

Qazaxıstanın “Astana” klubu Belarusun “Dinamo” klubu ilə üz-üzə gəlib. Doqquz qolun qeydə alındığı matçda Qazaxıstan təmsilçisi darmadağına üzülüb. Şotlandiya “Seltik”i isə İslandiya “Reykyavik”ini altı cavabsız qolla yenib.

Bu gün daha 12 qarşılaşma nəzərdə tutulsa da, onlardan biri koronavirus pandemiyasına görə təxirə salınıb. 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın da rəqibi bu gün məlum olub. Moldovanın “Şerif” klubu Lüksemburq “Fola Eş”i ilə qarşılaşıb və inamlı qələbə sayəsində Azərbaycan çempionuna rəqib olub.

Təsnifat mərhələləri bir görüşdən ibarətdir.

Çempionlar Liqası, 2020/21 mövsümü, 1-ci təsnifat mərhələsi

18 avqust

Qarabağ (Azərbaycan) – Sileks (Şimali Makedoniya) 4:0
Qol
: X.Romero, 11. D.Gerye, 40; 51. M.Emreli, 80.

Legiya (Polşa) – Linfild (Şimali İrlandiya) 1:0
Qol
: Kante, 82.

Dinamo (Brest, Belarus) – Astana (Qazaxıstan) 6:3
Qol
: Qordeyçuk, 16; 22. Peçenin, 17. Sedko, 37. Diallo, 55; 90 – Tomasov, 45. Rotariu, 53. Beysebekov, 87.

Seltik (Şotlandiya) – Reykyavik (İslandiya) 6:0
Qol
: Elyunussi, 6; 90+1. Eduard, 17; 72. Julien, 31. Teylor, 46.

Srvena Zvezda (Serbiya) – Europa (Cəbəllütariq) 5:0
Qol
: Ben, 35; 44; 52. İvaniç, 78; 87.

19 avqust

Ararat (Ermənistan) – Omoniya (Kipr) 0:1
Qol
: Santos, 94.

Molde (Norveç) – KuPS (Finlandiya) 5:0
Qol
: Hestad, 26. Eykrem, 37. Omoyjfuanfo, 69. Pedersen, 90+1. Knutdzon, 90+3.

Flora (Estoniya) – Suduva (Litva) 1:1 (penaltilər 2:4)
Qol
: Sappinen, 49 – Topçaqiç, 78.

Çelye (Sloveniya) – Dandalk (İrlandiya) 3:0
Qol
: Kerin, 43. Vizinger, 89. Danqubiç, 90+5.

Dinamo (Tbilisi, Gürcüstan) – Tirana (Albaniya) 0:2
Qol
: Torassa, 45+4. İsmaylgeçi, 86.

Ferentsvaroş (Macarıstan) – Yurqorden (İsveç) 2:0
Qol
: Nquen, 33; 62.

Makkabi (Təl-Əviv, İsrail) – Riqa (Latviya) 2:0
Qol
: Blakman, 58-pen; 88-pen.

Buduçnost (Monteneqro) – Ludoqorets (Bolqarıstan) 1:3
Qol
: Çukoviç, 31 – Hiqinio, 12. Tçibota, 25. Oliveyra, 90+3.

Konnah (Uels) – Sarayevo (Bosniya və Herseqovina) 0:2
Qol
: Tatar, 16; 65.

Klaksvik (Farer adaları) – Slovan (Slovakiya) matçı təxirə salınıb

Şerif (Moldova) – Fola Eş (Lüksemburq) 2:0
Qol
: Abanq, 36. Lukiç, 80.

Floriana (Malta) – ÇFR (Rumıniya) 0:2
Qol
: Çestor, 53. Qolofka, 90+7.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button