“A Seriyasının iyunun 13-də bərpa olunma ehtimalı var, amma…”

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina koronavirus səbəbiylə dayandırılan A Seriyası ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qurum rəhbəri, çempionatın mümkün bərpası və oyunların pley-off  formatında keçirilməsi ilə bağlı bunları deyib:

“Komandaların birində yoluxma halı olacağı təqdirdə, bütün komandanın karantinə göndərilməsindən narahatıq. Mövsümün davam etməsinə maneə yaratmasın deyə, bu problemə diqqətlə yanaşacağıq.

Kimsə pley-off fikrini istisna etməyib. Bütün mümkün nəticələrə hazırlıqlı olmalıyıq. A Seriyasının iyunun 13-də bərpa olunma ehtimalı var, amma hər şeyə hazırlıqlı olmalıyıq. Buna görə də, pley-off da daxil olmaqla, müxtəlif seçimlərimiz var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button