“Premyer Liqada 12 klubun olması riskdir” – Elxan Məmmədov

AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün keçirilən mətbuat konfransında Premyer Liqada klub sayının mümkün artırılması ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, federsiya rəsmisi, Premyer Liqada klubların sayının 10-dan çox olmayacağını qeyd edib:

“AFFA-nın ümumi strategiyası var. Hər zaman məqsədimiz Premyer Liqada minimum 10 komandanın iştirak etməsidir. Strategiya baxımından Premyer Liqada 10 klub ideal saydır. Premyer Liqada 12 klubun olması riskdir. Biz bunun təhlilini aparırıq. 12 klub olsa, keyfiyyət düşə bilər. 10 klub olacağı halda, mütləqdir ki, 9-cu və 10-cu klublar oynamağa hazır olsun, beş illik planı olan klub olmasın”.