“La Liqa təxirə salınmamışdan əvvəl “Real” ilk pillədə olsaydı…”

“Barselona”nın sabiq prezidenti Joan Qaspar koronavirus səbəbiylə dayandırılan La Liqayla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, katalonların sabiq rəhbəri, çempionatın mümkün bərpası və PSJ-nin futbolçusu Neymarla bağlı danışıb:

“La Liqa təxirə salınmamışdan əvvəl “Real” ilk pillədə olsaydı, onda sözsüz ki, çempionat vaxtından əvvəl tamamlanardı. “Barselona”ya qarşı münasibət açıq-aşkar görünür.

Neymarı yenidən “Barselona”da görmək istəyərəm. O, hələ də komandaya böyük fayda verə bilər”.

La Liqada 27 turdan sonra “Barselona” 58 xalla turnir cədvəlində ilk yerdə qərarlaşıb və “Real”ı 2 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button