Çempion milli üzvü ilə gücləndi

Türkiyə çempionu “Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Altınordu”dan Ravil Tagiri transfer edib.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 17 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Qazax əsilli türkiyəli futbolçu yeni komandasında “35” nömrəli formanı geyinəcək.

Ravil “Altınordu”nun öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. Tagir 2018-ci ildən etibarən Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynamağa başlayıb. Hazırda o, qardaş ölkənin gənclərdən ibarət yığmasının üzvüdür.