25 milyon avro qazanmaq istəyirlər – Onun icarəsindən

“Çelsi” klubu hücumçusu Romelu Lukakunu icarəyə verməyi nəzərdən keçirir.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, London klubu 29 yaşlı belçikalının icarəsinə görə 25 milyon avro qazanmaq istəyir. Belçikalı hücumçunun maaşını 40 faiz azaltmağa hazır olduğu qeyd edilir.

Eyni zamanda, Lukakunun meneceri onun vaxtı ilə formasını geyindiyi “İnter”ə qayıtması imkanlarını araşdırır.

“Çelsi” Lukakunun yerinə “Mançester Siti”nin hücumçusu Qabriel Jesusu transfer etməyi planlaşdırır.

Lukaku ötən mövsüm “Çelsi”nin heyətində 44 oyunda 15 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin