Lukaku: “Uzun bir yol oldu”

“Çelsi”nin yeni transferi Romelu Lukaku açıqlama verib.

Komanda.az xəbər verir ki, “zadəganlar”ın mətbuat xidmətinə danışan belçikalı hücumçu, kluba keçidi ilə bağlı bunları deyib:

“Bu möhtəşəm kluba qayıtdığım üçün xoşbəxtəm. Uzun bir yol oldu, bura ilk gəldiyimdə uşaq idim və öyrənəcəyim çox şey var idi. İndi isə daha təcrübəli və peşəkar kimi qayıdıram.

“Çelsi” ilə münasibətim mənim üçün çox şey ifadə edir. Uşaqlıqdan bu klubun azarkeşiyəm və indi daha çox çempionluq qazanmaq üçün gəlmişəm. Bu, möhtəşəm hissdir”.

“Çelsi” Lukakunu “İnter”dən 115 milyon avro qarşılığında transfer edib. Hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button