“Çelsi”nin yay planı: 8 futbolçu ilə yollar ayrılacaq!

Son olaraq Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında “Bavariya”ya uduzan “Çelsi”də mövsümün sonunda ciddi dəyişikliklər olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, “zadəganlar”ın baş məşqçisi Frenk Lempardın mövsüm bitdikdən sonra 8 futbolçu ilə yolları ayırmaq istədiyi bildirilir.

Bunların Jorjinyo, Kepa Arrisabalaqa, Ross Barkli, Villian, Pedro Rodriqes, Kurt Zuma, Markos Alonso və Emerson olduğu deyilir.

“Çelsi” İngiltərə Premyer Liqasında 44 xalla 4-cü sıradadır. “Zadəganlar” ÇL-də “Bavariya”ya 0:3 hesabıyla uduzub.