“Çelsi”nin yeni transferi zədələndi

İngiltərənin “Çelsi” klubu ciddi itki ilə üzləşib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun qapıçısı Eduardo Mendi sıradan çıxıb. Seneqal millisinin düşərgəsində olan futbolçunun sağ budundan zədə aldığı deyilir. Məlumata görə, o, artıq millinin düşərgəsini tərk edib. 28 yaşlı qolkiperin zədəsinin ağırlığına keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.

“Çelsi” Mendini sentyabrın sonunda “Renn”dən heyətinə qatıb.