“Çelsi”nin təklifini rədd etdi, “Arsenal”a keçir

“Çelsi” ilə müqaviləsi avqustun sonunda başa çatacaq Villian klubun təklifini növbəti dəfə rədd edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” 31 yaşlı futbolçuya yenidən iki illik müqavilə təklif edib. Lakin Villian bu təklifdən də imtina edib.

Digər tərəfdən, futbolçunun “Arsenal”la danışıqlar apardığı bildirilir. “Topçular” futbolçuya 3+1 illik müqavilə təklif edib. Tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, Villian avqustun sonunda azad agent olaraq “Arsenal”a qoşulacaq.

Braziliyalı futbolçu 2013-cü ildən “Çelsi”nin uğurları üçün çalışır.