“Çelsi”nin sabiq üzvü Braziliya klubunda

“Çelsi”nin sabiq üzvü Ramiresin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Palmeyras” klubuna transfer olunub. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 32 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

2010-2016-cı illərdə “Çelsi”də çıxış edən Ramiresin son komandası Çinin “Tsyansu Sunin” klubu olub. O, 51 dəfə də Braziliya millisinin formasını geyinib.